2023-cü ildə Cənab Prezidentin xarici ölkəyə ilk səfəri Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) oldu. Dövlət başımızın bu səfəri Əbu-Dabi Dayanıqlıq həftəsi adlı mötəbər tədbirdə iştirak etməküçün baş tutub. Azərbaycanla Birləşmiş Ərəb Əmirliyi arasında münasibətlər hazırda yüksək səviyyədədir və getdikcə dahaçox inkişaf edir. Bir sıra dost dövlətlərlə yanaşı, BƏƏ də Fransa və Ermənistanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı çirkin kompaniyanın, müzakirəyə çıxardıqları anti-Azərbaycan qətnaməsinə sərt şəkildə etiraz etmişdi. Ədalətli mövqedə çıxış etmək, düşmənə və onun havadarlarına qarşı gərgin mübarizə bizim üçün əhəmiyyət kəsb edən məqamlardan biridir. Bu səfər eyni zamanda Azərbaycan multikultural dəyərlərə və tolerantlığa önəm verdiyini göstərdi. Xristian- Avropa, Türk- Asiya ilə yanaşı, Ərəb- İslam dünyası ilə Azərbaycanın sıx əlaqədə olduğundan xəbər verir. BƏƏ dünyada enerji layihələrinin və iqtisadi proseslərin reallaşması prosesində önəmli rolu var. İki ölkə arasında münasibətlər təkcə siyasi və diplomatik baxımından deyil, iqtisadi baxımından Azərbaycan üçün önəm kəsb edir. Azərbaycan artıq illər əvvəl özünün enerji təhlükəsizliyini təmin edir. İşğaldan azad olunmuş ərazilər daxil olmaqla, bütün ölkəmizdə, yaşıl enerjinin, bərpaolunmaz enerji mənbələrimizin istehsalı və mübadiləsi həm regionda, həm də Avropa və Asiya qitələrində rolu artmaqdadır.Azərbaycanın çox böyük investisiyalar cəlb etdiyi neft-qaz sektoru bu illər ərzində daha da artırılıb. Dövlət başçımız digər sahələrlə yanaşı, neft və qaz sahəsinə də çox böyük diqqət artırılıb. Azərbaycan regionda yeganə dövlətdir ki, Avropanın etibarlı enerji tərəfdaşına çevrilib. Siyasi, iqtisadi və enerji düzəninin dünya üzrə formalaşmasında Azərbaycanın rolu açıq şəkildə hiss olunur. Ölkəmiz qeyri-neft sektorunun müxtəlif istiqamətlərdən istifadə edir. Ölkəmiz təbiətin Azərbaycana bəxş etdiyi alternativ bərpaolunmaz enerji resuslarının istehsalı və ixracı sahəsini inkişaf etdirməklə bağlı prinsipial mövqe ortaya qoyub. Qara dənizin dibindən elektrik kabelini çəkməklə Asiya ilə Avropanı yaşıl enerji ilə birləşdirərək, Azərbaycan nəhəng layihədə əsas rol alıb. Azərbaycan alternativ enerji resursları ilə bağlı digər layihələrdə də etibarlı tərəfdaş olmaq haqqını çoxdan qazanıb.Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə 15.01.2023-cü ildə işgüzar səfər edib. Bu səfər iki ölkə arasındakı münasibətlərə yeni səhifə açır. Azərbaycan Ərəb dünyası və Körfəz ölkələri ilə iqtisadi münasibətləri daha da inkişaf etdirməyə çalışır. BƏƏ o ölkələrdəndir ki, Vətən müharibəsindən sonra regiona - Şərqi Zəngəzura və Qarabağa buraxıldı. Bu ölkə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına investisiya yatıra bilər. Hazırda biz Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında mütəşəkkil münasibətlərin şahidi oluruq. Əliyev Aydın, Xocalı rayon ziyalısı